Ukrayna Prezidenti Volodimir Zelenski bu ilin avqustun 18-də ABŞ-ın sabiq Prezidenti Donald Trampla Vaşinqtonda görüşəcəyini açıqlayıb.
Milli.Az xəbər verir ki, bu barədə dövlət başçısı Tramp və bir neçə Avropa lideri ilə keçirdiyi telefon danışığından sonra "Telegram" kanalında məlumat verib.
"Bazar ertəsi Vaşinqtonda Prezident Trampla münaqişənin həlli ilə bağlı bütün detalları müzakirə edəcəyik. Dəvət üçün təşəkkür edirəm", - deyə Zelenski bildirib.
Prezident söhbətin təxminən 1 saat 30 dəqiqə davam etdiyini və səmərəli keçdiyini vurğulayıb. Onun sözlərinə görə, Tramp, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqların əsas məqamlarını da bölüşüb.
Zelenski qeyd edib ki, Ukrayna ABŞ və Rusiya arasında üçtərəfli formatda görüş təşəbbüsünü alqışlayır və bu cür formatın mühüm məsələlərin dövlət başçıları səviyyəsində müzakirəsi üçün uyğun olduğunu düşünür.
O, əlavə edib ki, Ukrayna və ABŞ Avropanın danışıqlarda iştirakını vacib hesab edir və təhlükəsizliyin təmin olunması məqsədilə bütün mərhələlərdə bu iştiraka ehtiyac olduğunu vurğulayır.
Kənan
Milli.Az