Avro-2012

“Azərsu”dan abunəçilərə xəbərdarlıq - VİDEO

17 İyun 2023 21:14
Baxış: 3 822
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Müştəri informasiya sisteminin məlumat bazasının yenilənməsi və təkmilləşdirilməsi ilə əlaqədar 17 iyun tarixindən saat 23:30-dan etibarən 24 saat müddətində yeni sistemə keçid işləri aparılacaq.

Milli.Az xəbər verir ki, bununla əlaqədar müştəri informasiya sisteminə bağlı aşağıda qeyd olunan sistemlərin fəaliyyəti prossesin davam edəcəyi müddətdə müvəqqəti dayandırılacaq.

Dövlət qurumları ilə bağlı veb servislər

APUS ödəniş sistemləri

Asanpay Ödəniş sistemi

Bütün operatorlardan sorğuları qəbul edən hesaba ödəniş sistemləri

Smart kart ödəniş sistemləri

Elektron xidmətlər

Smart proqramlar

MİS-lə inteqrasiyada işləyən CİS proqramları

Məlumat hesabat proqramları (Dashboard-lar)

İVR borc öyrən xidməti

Mobil oxumalar

MİS-in bütün modulları

Zəng mərkəzinin MİS qeydiyyat imkanları

Digər daxili proqramlar

Profilaktiki tədbirlərlə əlaqədar qeyd olunan müddətdə smart-kartlara yükləmə əməliyyatlarının aparılması, su və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcların ödənilməsi mümkün olmayacaq. Bunları nəzərə alaraq abonentlər ehtiyat tədbirləri görməli, zərurət varsa balanslarını gün ərzində artırmalıdır. Borcların öyrənilməsi və ödənilməsi, elektron xidmətlər və s. əməliyyatların profilaktiki işlər yekunlaşdıqdan sonra aparılması mümkün olacaq. Qeyd olunan müddətdə 955 Zəng mərkəzinin fəaliyyətində də müəyyən məhdudiyyətlər yaranacaq.

Abonentlərdən məsələyə anlayışla yanaşmağı xahiş edirik.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.