Ermənistan

Ermənistanda “Döyüş Qardaşlığı” birliyinin 24 üzvü saxlanıldı

24 Mart 2024 13:46
Baxış: 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda qanunsuz silah və sursat saxlamağa görə 24 nəfər saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan Sputnik ARM-ə bildirib.

Onun sözlərinə görə, saxlanılanları polis bölməsinə aparıblar.

Məlumatda qeyd edilir ki, saxlanılanların hamısı "Döyüş Qardaşlığı" birliyinin nümayəndələridir.

"Döyüş Qardaşlığı"nın üzvü Avetis Avetisyan isə səhər tezdən saxlanılıb. Bu barədə təşkilat məlumat yayıb.

Bildirilir ki, "Qardaşlar"ın digər üzvü Hrant Ter-Abramyanla əlaqə itib.

Təşkilat sosial şəbəkələrdə yazır ki, hüquq-mühafizə orqanları qanunsuz silah gəzdirməklə bağlı ittiham qaldırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.