Ermənistan

İrəvan hansı “coğrafiya” ilə AB-yə girə bilər? - Mikaelyan

15 Mart 2024 17:48
Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan heç bir halda AB-yə üzv ola bilməz. Bu, tamamilə mümkünsüzdür. Prinsipcə, İrəvan AB üzvlüyünə namizəd statusu ala bilər. Bu statusu Ukrayna, Gürcüstan, Moldova alıb və çox güman ki, Ermənistan da alacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu erməni politoloq Qrant Mikaelyan deyib.

"Ancaq burada fərqləri qeyd etməyə dəyər. Moldovanın çox ciddi coğrafi arqumenti var, Moldova fiziki cəhətdən Avropada yerləşir, Avropa Birliyinə çox yaxındır. Gürcüstanın çox güclü institusional arqumenti var. Baxmayaraq ki, Tiflis Avropadan uzaqda yerləşir, lakin Gürcüstan, ən azı, tələb olunan bütün islahatları tətbiq edib. Ermənistan faktiki olaraq sırf siyasi xətt üzrə dəvət və ya namizədlik üçün müraciət etmək imkanı əldə edib. Bu da qətnamədə (AP-nin qətnaməsi - red.) qeyd olunur. Bütün bunlar KTMT ilə əlaqəlidir. Ermənistan KTMT-dən çıxsa, o zaman Rusiya İrəvanın Aİİ-yə üzvlük məsələsini qaldıracaq. Artıq Rusiya tərəfdən belə bir bəyanat eşitmişik. Moskva bu iki təşkilata ortaq paket kimi baxır", - o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.