Ermənistan

Ermənistan NATO-ya attaşe göndərir - Papikyan

15 Fevral 2024 18:14
Baxış: 795
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan NATO-dakı missiyasında, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanlığında və ATƏT-dəki nümayəndəliyində müdafiə məsələləri üzrə attaşe vəzifəsi təsis edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan qərar imzalayıb.

Papikyan attaşelərin Ermənistanın NATO-dakı missiyasında, mənzil-qərargahı Belçikanın Mons şəhərində yerləşən NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanlığında və ATƏT-dəki nümayəndəlikdə fəaliyyət göstərəcəyini bildirib.

Nazir eyni zamanda Ermənistanın NATO missiyasındakı hərbi nümayəndəsinin vəzifə səlahiyyətlərinin azaldıldığını qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.