Ermənistan

Paşinyan bayrağımızı yandıranla bağlı göstəriş verib - Erməni mətbuatı

15 Aprel 2023 12:58
Baxış: 2 081
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş nazir Nikol Paşinyanın ofisi İctimai Televiziyanın dizayner, "OTA" stilistika studiyasının rəhbəri Aram Nikolyanı Azərbaycan bayrağını yandırdığına görə işdən çıxarmağını tələb edib.

Milli.Az xəbər verir ki, bu haqda Ermənistanın aysor.am saytı mənbələrinə istinadən bildirir.

Xatırladaq ki, ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan gözlənilmədən səhnəyə qaçaraq Azərbaycan bayrağını səhnədə yandırıb.

Dizayner Aram Nikolyan öz Facebook səhifəsində videomüraciətində deyib: "Mənim hərəkətim müstəsna olaraq ləyaqətli, heç vaxt heç bir siyasi qüvvənin üzvü olmayan, bütün bunlara öz baxışı olan erməninin hərəkətidir".

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.