Ermənistan

Erməni radikalları jurnalist Tatul Akopyanı öldürməklə hədələyir

10 Dekabr 2021 11:52
0 Şərh     Baxış: 765
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrəvanda hakim siyasi elitaya yaxın sayılan ermənidilli hakimiyyətyönlü Aliqmedia.am resursunun köşə yazarı Tatul Akopyan ölümlə hədələnir.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə britaniyalı jurnalist və bloqqer Onik Krikoryan özünün "Twitter" hesabında yazıb.

"Hazırda ABŞ-dakı diaspor icmaları ilə görüşlər keçirən Tatul ölüm təhdidləri alıb. Amerika polisi ABŞ-da qaldığı son iki gün üçün jurnalisti mühafizə ilə təmin edib.

Tatul Ermənistandakı müharibədən sonrakı vəziyyəti ciddi şəkildə işıqlandıran azsaylı şəxslərdən biridir. O, əmindir ki, təhdidlər "böyük Ermənistan" arzusunda olanlardan gəlir. Politoloq Arman Qriqoryan onları "erməni talibanları" adlandırır. Bu termini 2000-ci illərin əvvəllərindən bəri "Çorrord İşxanutyun" qəzetindən xatırlayıram", - deyə Krikoryan yazıb.

Qeyd edək ki, T.Akopyan dekabrın 10-da İrəvana qayıdacaq. O, artıq bəyan edib ki, qayıdan kimi dərhal hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaq və onun təqibini təşkil edən radikalların konkret ad və soyadlarını açıqlamaq, həmçinin foto və video sübutlar təqdim etmək niyyətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.