Texnologiya

İş yerləri üçün xüsusi Facebook

15 Yanvar 2015 15:37
0 Şərh     Baxış: 1 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Facebook sosial şəbəkəsi iş yerləri üçün xüsusi olaraq "Facebook at Work" adlı sistemi təqdim edib.

Trend-in Türkiyənin "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata əsasən, şirkətlər "Facebook at Work" sayəsində "Facebook"u öz ehtiyaclarına uyğun dəyişdirə biləcəklər.

İnterfeysdə şirkətlərin loqoları yer alacaq. Yeni əlavədə heç bir reklam yerləşdirilməyəcək.

Təhlükəsiz və məxfi olacaq bu sistem sayəsində işçilər arasında paylaşılan məlumatları yalnız həmin şirkətin əməkdaşları görə biləcək.

"Facebook at Work" iOS və "Android" sistemlərini dəstəkləyən cihazlar üçün nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.