Türkiyənin cənubunda zəlzələ olub.
Milli.Az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, Rixter cədvəli ilə 4 bal gücündə olan zəlzələnin episentri Kahramanmaraş vilayətinin Göksun rayonu olub və yeraltı ocağı 7,01 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ yerli vaxtla 13:19-da (Bakı vaxtı ilə 14:19-da) baş verib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.
Milli.Az





