Sakinlərə ŞAD XƏBƏR: Bu ərazilərdə kanalizasiya xətləri qurulacaq - RƏSMİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq".
Milli.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib.
Bəs, həmin kollektorlar hansı ərazilərdə quraşdırılacaq?
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda tullantı su təchizatı xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir. Bakı şəhəri və Abşeron rayonunun müəyyən ərazilərində Xidmətin mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Eyni zamanda, Bakı şəhərində mövcud su təchizatı və kanalizasiya sistemlərinin böyük əksəriyyəti 1980-ci illərin sonunadək layihələndirilib və həmin dövrdən bu günədək yaşayış məntəqələrinin ərazisi 2,6 dəfə, əhalinin sayı isə 2,1 dəfə artıb.
Qeyd olunub ki, əsas magistral xətlərin istismar müddəti başa çatıb, mövcud nəzarət və idarəetmə sistemləri isə müasir standartlara cavab vermir:
"Nəzərə alsaq ki, bu xətlərin istismar müddəti orta hesabla 40-50 il təşkil edir, hazırda onların əksəriyyətinin istismar müddəti artıq başa çatıb. Bundan əlavə, bir çox yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması sistemlərdə əlavə yüklənmələr yaradır ki, bu da xüsusilə intensiv yağıntılar zamanı subasma hallarının artmasına səbəb olur".
Nəzərə çatdırılıb ki, mövcud problemlərin kompleks şəkildə həlli məqsədilə 12 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı təsdiq edilib. Proqram çərçivəsində su mənbələrinin dayanıqlığının təmin edilməsi, suyun mənbədən götürülməsi, emalı, nəqli, saxlanılması və paylanması proseslərinin optimallaşdırılması nəzərdə tutulur.
Bununla yanaşı vurğulanıb ki, əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi, paylayıcı şəbəkələrdə itkilərin minimuma endirilməsi, su uçotunun tam və müasir tələblərə uyğun şəkildə qurulması, yağış və tullantı suları sistemlərinin yenilənməsi və infrastruktur təminatı, eləcə də yağıntılar zamanı təchizat sistemi olmayan ərazilərdə subasma hallarının qarşısının alınması proqramın əsas hədəflərini təşkil edir:
"Dövlət Proqramının icrası hazırda yağıntılar zamanı subasma halları müşahidə olunan Zabrat, Buzovna, Suraxanı və digər yaşayış məntəqələrində kanalizasiya və yağış suları infrastrukturunun mərhələli şəkildə qurulmasına, yenilənməsinə, yeni kollektorların və nasos stansiyalarının tikintisinə, mövcud xətlərin buraxılış qabiliyyətinin artırılmasına imkan yaradacaq. Nəticədə bu ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin həyat və məişət şəraitinin yüksəldilməsi, həmçinin dayanıqlı və təhlükəsiz su təsərrüfatı sisteminin formalaşdırılması təmin ediləcək".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ordubadın 41 yaşlı yeni icra başçısı: Nurlan Hacıyev kimdir?
-
Culfanın yeni icra başçısı kimdir? - Dosye
-
Naim Cahidzadə Culfa Rayon İcra Hakimiyyətinə başçı təyin edilib
-
Ordubad Rayon İcra Hakimiyyətinə başçı təyin edilib
-
Naxcıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin edilib - Sərəncam
-
Sabahın hava proqnozu açıqlandı
XƏBƏR LENTİ
-
İran: Hörmüzdə vurulan gəmilər silah və sursat daşıyırdı
-
“Barselona”nın qapıçısı Ter Ştegen “Ayaks”a keçdi
-
Ordubadın 41 yaşlı yeni icra başçısı: Nurlan Hacıyev kimdir?
-
Culfanın yeni icra başçısı kimdir? - Dosye
-
Naim Cahidzadə Culfa Rayon İcra Hakimiyyətinə başçı təyin edilib
-
Ordubad Rayon İcra Hakimiyyətinə başçı təyin edilib
-
Ronaldunun toyuna gələcək məşhurların adları açıqlandı
-
Naxcıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin edilib - Sərəncam
-
Dənizdə batan gənc tələbə imiş
-
Pezeşkian istefa xəbərlərinə cavab verdi
-
Sabahın hava proqnozu açıqlandı
-
Bakıda möhtəşəm meteor yağışı izləniləcək - Tarix açıqlandı
-
Azərbaycanda zəlzələ oldu
-
Pilotun çamadanından 25 kiloqram narkotik çıxdı
-
Ali məktəblərə ixtisas seçiminin vaxtı açıqlandı
-
"Quba Palace"da qolf turniri keçirildi - (Video/Foto)
-
Bakı metrosunda böyük dəyişiklik: Ayın 15-dən
-
Həbsxanada qızını öldürən məhkum dünyasını dəyişdi
-
İşçiləri sevindirəcək yenilik
-
Bakıda məktəbin qarşısında qəza - “Avatr” hasara çırpıldı - (Video)
-
Venesueladakı zəlzələdə ölənlərin sayı 6 mini keçdi
-
Gürcüstanda azərbaycanlı gənc faciəvi şəkildə öldü
-
Bakıda “Audi” neft quyusuna düşdü - (Video)
-
Sığorta uçotu ilə bağlı yeni qaydalar təsdiqləndi





