"BBC"nin canlı efirində otağa anidən uşaqlarının və onları çölə çıxarmağa çalışan həyat yoldaşının girməsi ilə gündəm olan professor Robert Kelli ailəsi ilə yenidən diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, kuryoz hadisə nəticəsində məşhurlaşan ailənin yeni fotoları "X"də viral olub.
Canlı yayım zamanı məşhurlaşmış Marionun artıq 12, Ceymsin isə 9 yaşı var.
Xatırladaq ki, qısa müddət ərzində çox məşhurlaşan video yutubun illik "hit parad"ına daxil olmuş, professor Kelli isə sosial şəbəkələrin ulduzuna çevrilmişdi.
Milli.Az





