Şou-biznes

Türkiyəli aktrisalara narkotik əməliyyatı – 5 nəfər saxlanıldı - FOTO

16 Yanvar 2026 14:24
Baxış: 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulda məşhurları hədəf alan yeni narkotik əməliyyatı çərçivəsində ən azı 5 nəfər saxlanılıb.

Milli.Az xəbər verir ki, saxlanılanlar arasında aktrisalar Çağla Boz, Melis Sabah, Melisa Şahin, Emre Yalçın, Ahmet Şaşmaz və Nazlıcan Taşkın var.

Bozun evində aparılan axtarış zamanı 11 sintetik narkotik həb müsadirə edilib.

Qeyd edək ki, istintaqın əvvəlki mərhələsində isə keçmiş futbolçu Ümit Karan və digər 17 nəfər polis bölməsindəki prosedurları tamamladıqdan sonra məhkəməyə göndərilmişdi. Yeni əməliyyat dalğası nəticəsində saxlanılan şəxslər də İstanbul Vilayət Polis İdarəsində hüquqi prosedurlar və sağlamlıq yoxlamalarından keçdikdən sonra məhkəməyə təqdim edilib.

Əməliyyat çərçivəsində istintaq davam edir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.