Cəmiyyət

“Neomotors” barəsində Dövlət Agentliyində iş qaldırıldı - SƏBƏB

16 Yanvar 2026 16:41
Baxış: 270
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Neomotors" MMC barəsində iş qaldırıb.

Milli.Az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, iş minik avtomobillərinin satışı zamanı bağlanılan müqavilə şərtlərində rəqabət qanunvericiliyinin pozulması əlamətləri ilə bağlıdır.

Belə ki, Dövlət Agentliyi daxil olmuş müraciət əsasında şirkət barəsində Rəqabət Məcəlləsinin 25.1.3-cü və 25.1.5-ci maddələrinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlayıb.

Hazırda işə baxılması davam edir.

Qeyd olunan maddələrin hər biri özündə haqsız rəqabətə səbəb olan qanunsuz hərəkətləri ehtiva edir. Maddələrdən biri rəqibin işgüzar münasibətlərinin pozulması və ya dayandırılmasına səbəb olan və ya ola bilən qanunsuz əqdlərin bağlanması və ya hərəkətlərin (hərəkətsizliyin) edilməsi, digəri isə rəqibin sahibkarlıq fəaliyyəti ilə bağlı qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsindən ibarətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.