Dünya

İsraildə hərbi helikopter yerə çırpıldı - VİDEO

16 Yanvar 2026 16:50
Baxış: 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail ordusuna məxsus "Black Hawk" hərbi helikopteri Qüş-Etsion bölgəsində (Qüds yaxınlığında) daşınma zamanı yerə çırpılıb. 

Milli.Az xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Məlumata görə, helikopter texniki nasazlıq səbəbindən daha əvvəl məcburi eniş edib və evakuasiya olunmalı idi.

Nasaz helikopterin daşınması üçün "Yasur" tipli nəqliyyat helikopterindən istifadə olunub. "Black Hawk" xüsusi troslar vasitəsilə "Yasur"un xarici asqısına bərkidilərək havaya qaldırılıb. Lakin daşınma prosesi zamanı helikopter troslardan ayrılıb və təxminən 10 metr hündürlükdən yerə düşüb.

Hadisə zamanı helikopterin içində heç kim olmayıb. O, açıq əraziyə düşdüyü üçün insanlara və tikililərə zərər vurmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.