Gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən naqilsiz qulaqlıqlar rahat və şık dizaynları ilə seçilir. Lakin mütəxəssislər bu cihazların uzunmüddətli istifadəsinin mümkün sağlamlıq risklərinə diqqət çəkirlər.
Milli.Az xəbər verir ki, naqilsiz qulaqlıqlar "Bluetooth" texnologiyası vasitəsilə ionlaşdırıcı olmayan elektromaqnit sahə (EMF) radiasiyası yayır. Aparılan bəzi elmi araşdırmalar uzun müddət və yaxın məsafədən EMF-yə məruz qalmanın baş ağrısı, yorğunluq, hormonal pozuntular, doğurganlıq problemləri və mümkün nevroloji təsirlərlə əlaqəli ola biləcəyini göstərir.
Araşdırmalarda ən bahalı və ən ucuz kablosuz qulaqlıqlar da sınaqdan keçirilib. Nəticələrə əsasən, qiymətindən asılı olmayaraq bəzi modellərin yaydığı EMF göstəricilərinin sağlamlıq üçün tövsiyə olunan həddi keçdiyi müəyyən edilib. Bu fakt bahalı cihazların belə hər zaman daha təhlükəsiz olmadığına işarə edir.
Mütəxəssislərdən tövsiyələr:
Mümkün qədər naqilli qulaqlıqlardan istifadə edin
Qısa zənglər zamanı səsgücləndirici rejimini seçin
Kablosuz qulaqlıqlarla yatmaqdan çəkinin
Milli.Az





