Ölkə

Balıq ovu üçün kvota təsdiqləndi

16 Yanvar 2026 16:06
Baxış: 370
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikası Nazirlər Kabineti 2026-cı il üzrə balıq və digər su bioresurslarının ovunun ümumi yolverilən miqdarını (kvotasını), habelə balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsünü təsdiq edib.

Milli.Az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Nildirilib ki, balıq və digər su bioresurslarının sənaye və əmtəə məqsədli akvakultura ovu üçün kvota almaq istəyən, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə qeydiyyatda olan və ya yaşayan şəxslər Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsə, digər rayonlar üzrə qeydiyyatda olan və ya yaşayan şəxslər isə ən yaxın "ASAN xidmət" mərkəzlərinə müraciət etməlidirlər.

Quba "ASAN xidmət" mərkəzi

- Xaçmaz, Şabran, Siyəzən

Salyan "ASAN xidmət" mərkəzi

- Neftçala, Salyan, Biləsuvar, Şirvan

Gəncə (2 saylı) "ASAN xidmət" mərkəzi

- Mingəçevir, Gəncə, Yevlax, Samux, Şəmkir

Lənkəran "ASAN xidmət" mərkəzi

- Astara, Lənkəran, Masallı

Kvota almaq üçün tələb olunan sənədlərin siyahısı və nümunəvi formaları ilə bu linkə keçid edərək tanış olmaq mümkündür.

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər bir balıqovlama biletinə görə 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu tutulur.

Qeyd edək ki, "Balıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, bərpa məqsədilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, eləcə də elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla, balıq və digər su bioresurslarının ovu ödənişlidir. Balıq və digər su bioresurslarından istifadəyə görə ödənişlər kvota ayrılmış ərizəçi tərəfindən həyata keçirilməli, ödənişi təsdiq edən sənəd isə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsə təqdim edilməlidir.

2026-cı ildə balıq və digər su bioresurslarının sənaye, əmtəə məqsədilə akvakultura, təhsil və maarifləndirmə məqsədilə ovuna görə Azərbaycan Respublikasının və xarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün müəyyən edilmiş ödəniş qiymətləri

Balıq və digər su bioresursları

Аzərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri üçün

Хarici dövlətlərin hüquqi və fiziki şəxsləri üçün

1 ton balıq və digər su bioresursunun ödəniş qiyməti (manat)

1 ton balıq və digər su bioresursunun ödəniş qiyməti (manat)

1

Кilkə

44,50

89,00

2

Siyənək

111,25

222,50

3

Кеfal

89,00

178,00

4

Çapaq

89,00

178,00

5

Кülmə

89,00

178,00

6

Çəki

178,00

267,00

7

Хəşəm

222,50

445,00

8

Sıf

178,00

356,00

9

Кütüm

222,50

445,00

10

Şamayı

222,50

445,00

11

Qarasol

89,00

-----

12

Хərçəngkimilər

222,50

445,00

13

Digər balıq növləri

89,00

178,00

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.