Dünya

Dünya ölkələri yenidən sərhədləri bağlamağa başlayır

27 Noyabr 2021 16:54
0 Şərh     Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Afrika Respublikasında koronavirusun yeni ştammının aşkar edilməsindən sonra Avropa, Amerika və Asiyada bir çox ölkələr sərhədlərdə məhdudiyyətlərlə bağlı qərar qəbul edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, alimlərin fikrincə, sözügedən ştamm mövcud peyvəndlərə qarşı dayanıqlı ola bilər. Bu isə Avropa və Asiyada yeni dalğa təhlükəsinə səbəb ola bilər.

Artıq Böyük Britaniya Cənubi Afrika ölkələrindən uçuşları məhdudlaşdırır. Sözügedən regiondan ölkəyə qayıdan britaniyalılar isə karantin müddətini keçməli olacaqlar. Avropa Komissiyasının prezidenti xanım Ursula fon der Lyayen də Aİ-nin də CAR və ona qonşu ölkələrlə uçuşları dayandırmaq niyyətində olduğunu açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.