Dünya

Tailandda peyvənd olunanlara nəqliyyatda 20 faiz endirim edilir

19 Noyabr 2021 23:39
0 Şərh     Baxış: 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tailandda əhalinin COVID-19 virusu əleyhinə vaksinasiyaya marağını artırmaq üçün təşviqedici aksiyalar keçirilir. Bunlardan biri də peyvənd olunanlara nəqliyyatda gediş haqqı üçün 20 faiz endirimlərin tətbiqidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Tailandın Səhiyyə Nazirliyi ilin sonunadək əhaliyə 100 milyon doza peyvənd vurulmasını hədəfləyib. İndiyədək 85 milyon doza vaksin vurulub. Nazirlik qarşıya qoyulan hədəfə nail olunması üçün müxtəlif məcburedici qaydalar və təşviqedici aksiyalara start verib. Belə ki, bəzi məkanlara yalnız tam peyvənd olunanların girişinə icazə veriləcək.

Tailandın bəzi vilayətlərində isə əhalini vaksinasiyaya təşviq etmək üçün peyvənd olunanlara lotereya oynamaq və müxtəlif mükafatlar qazanmaq təklif olunur.

Hökumət vaksinasiyanı sürətləndirmək üçün mobil vaksin xidmətini istifadəyə verməyi planlaşdırıb.

Qeyd edək ki, Tailandda COVID-19 virusuna qarşı vaksinasiya prosesində "AstraZeneca", "Pfizer/BioNTech", "Sinopharm" və "Sinovac" peyvəndlərindən istifadə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.