Dünya

Alimlərdən həyəcan siqnalı: Qlobal istiləşmə dəhşətli həddə çatdı

14 Noyabr 2021 03:17
0 Şərh     Baxış: 1 287
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər qlobal istiləşmə ilə bağlı fəaliyyətləri sürətləndiriblər. Arizona Universitetinin rəhbərlik etdiyi və dünyanın son buz dövrünə işıq salan araşdırmada mühüm detallar üzə çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, buna əsasən, Yer kürəsi son 24 min ildə heç vaxt indiki qədər isinməyib. Qeyd edilir ki, hazırkı temperatur 24 min il ərzində görünməmiş səviyyədədir və bu, insan tərəfindən törədilən qlobal istiləşmənin sürətinin dünyada eyni dövrdə gördüyümüz hər şeydən daha sürətli olduğunu göstərir.

Bu təsdiq edir ki, istixana qazlarının konsentrasiyasının artması və buz təbəqələrinin azalması son buz dövründən bəri iqlim dəyişikliyinin əsas amilləri olub.

Son 10 000 il ərzində ümumi istiləşmə tendensiyasının, paleoiqlim cəmiyyətində bu dövrün daha isti və ya daha soyuq olmasına dair onillik mübahisənin bitirdiyi iddia edilir.

Son 150 ildə istiləşmənin miqyası və sürəti son 24 000 ildəki dəyişmənin miqyasını və sürətini çox üstələyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory