Dünya

Romanovlar evinin zinət əşyaları hərracda satılıb

11 Noyabr 2021 16:12
0 Şərh     Baxış: 1 267
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sotheby's" hərrac evinin Cenevrədəki "Möhtəşəm zərgərlik və soylu zinət əşyaları" adlı hərracının əsas lotu inqilab ərəfəsində Rusiyadan gizli şəkildə çıxarılmış Romanovlar evinin zinət əşyaları olub.

Milli.Az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, 1917-ci ilin Oktyabr İnqilabı ərəfəsində Rusiyadan gizli olaraq çıxarılan sapfir və brilyantdan ibarət bir dəst broş və bir cüt sırğa hərracda 877 min ABŞ dollarına satılıb. İlkin olaraq, lot 300-500 min dollar civarında qiymətləndirilirdi.

Xatırladaq ki, hərraca çıxarılan broş və sırğaların İmperator II Nikolayın xalası knyaginya Mariya Pavlovnaya aid olduğu bildirilir. O, sözügedən zinət əşyalarını Londona çatdırmaq üçün ingilis antikvarı Albert Henri Stopforda təhvil verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.