Dünya

Peruda bir həftədə ikinci nazir istefası

9 Noyabr 2021 17:12
0 Şərh     Baxış: 439
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Perunun müdafiə naziri Valter Edison Ayala Qonsales istefa verdiyini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, son bir həftədə vəzifəsini tərk edən ikinci nazir olub.

"Vəzifəmi respublika Prezidentinə və Silahlı Qüvvələrin Ali Baş Komandanına təhvil verirəm, ölkəmə təşəkkür edirəm və ölkə qarşısında borcumu yerinə yetirirəm", - deyə o, tviterdə yazıb.

Yerli "El Comercio" qəzeti yazır ki, müdafiə nazirinin postu tərk etməsi bir sıra yüksək rütbəli hərbçilərin şikayətlərindən sonra baş verib. Guya ölkə Prezidenti Pedro Kastilyoya yaxın olan şəxslər xidmətdə irəliləmələri məqsədilə hərbçilərə təzyiq edib. 

Qeyd edək ki, noyabrın 2-də Perunun daxili işlər naziri Luis Baraansuela istefa verib. O, pandemiya dövründə tətbiq edilmiş qadağanı pozaraq parti təşkil etməkdə ittiham olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.