Dünya

"Bitcoin"in dəyəri üçhəftəlik maksimuma yaxınlaşıb

8 Noyabr 2021 12:24
0 Şərh     Baxış: 818
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən populyar kriptovaluyutası sayılan "Bitcoin"in dəyəri bu gün 4% artaraq 66 170 ABŞ dollarına çataraq, demək olar, üçhəftəlik maksimumu yeniləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, artımın əsas səbəbi kimi, investorların ABŞ-ın "Bitcoin" fyuçerslərinin ticarət olunduğu birjasının ötən ay açılmasını dəstəkləmələri və inflyasiyanı hecləşdirən (hedc - arzu olunmaz qiymət dəyişikliyindən qorunmaq üçün edilən investisiya) müəyyən növ aktivlərə yönəlməsi göstərilir.

"IG Markets"in analitiki Kayl Rodda bildirir ki, treyderlərin inflyasiyaya hazırlaşdığı üçün real gəlirlərin azalması, qızıl və kriptovalyutalar kimi aktivlərin cəlbediciliyini artırır və əlavə edib ki, hazırda sektorda əhval-ruhiyyə yaxşıdır.

"Maliyyə institutları bu prosesin bir hissəsi olmaq istəyir, requlyatorlar da bu prosesi çox sıxışdırmaq istəmir. Biz artıq əsas nöqtəni keçmişik, hansındaki bu artıq systemin bir parçasıdır və geriyə yol yoxdur", K. Rodda qeyd edib.

Xatırladaq ki, "Bitcoin"in dəyəri oktyabrın 20-də tarixi maksimuma - 67 016,5 dollara çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.