Dünya

Bill Qeytsin Türkiyəyə niyə gəldiyi məlum oldu

4 Noyabr 2021 22:27
0 Şərh     Baxış: 1 359
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddətdir Egey sahilində istirahətdə olan amerikalı milyarder Bill Qeytsin Türkiyədə torpaq sahəsi axtardığı və ferma qurmağı planlaşdırdığı iddia edilib.

İddialara görə, lüks yaxtası ilə bir müddətdir Egey sahillərində tətildə olan "Microsoft"un qurucusu Bill Qeyts "ətraf mühitin qorunmasına kömək etmək" üçün Türkiyədə kənd təsərrüfatı sahəsi axtarır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Qeyts keçmiş həyat yoldaşı ilə birlikdə idarə etdiyi 50 milyard dollarlıq sərvəti olan "Bill və Melinda Qeyts Fondu" üçün Türkiyədə böyük və dayanıqlı bir ferma qurmaq istəyir.

Qeyts 4 il ərzində Türkiyəyə ikinci səfərini edir. Milyarder iş adamının hazırda Trakiyada 22 min hektar ərazisi var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.