Dünya

Daha bir Avropa ölkəsində koronavirusa maksimum yoluxma qeydə alındı

4 Noyabr 2021 21:16
0 Şərh     Baxış: 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada son sutka ərzində koronavirusa 33 949 yoluxma qeydə alınıb.

Bu, pandemiya başlayandan bəri maksimum göstəricidir.

illi.Az oxu.az-a istinadən bildirir ki, Robert Kox adına Virusologiya İnstitutunun məlumatlarına əsasən, yoluxma sayı 4 672 368-ə çatıb.

Əvvəlki antirekord 2021-ci il aprelin 22-də qeydə alınıb, o zaman gün ərzində 29 518 yoluxma halı aşkar edilib.

Son 24 saatda ölkədə 165 nəfər virus səbəbindən həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.