Dünya

Qədim Misir fironu II Ramzesin uzun müddət axtarılan sərdabəsı tapıldı

4 Noyabr 2021 19:18
0 Şərh     Baxış: 825
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Arxeoloqlar Qədim Misir fironu II Ramzesin sərdabəsını aşkar ediblər. Milli.Az aviatravel.az-a istinadən bildirir ki, bu barədə Misirin Turizm və Qədim Abidələr Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında qeyd olunub ki, Qahirə Universitetinin arxeologiya fakültəsinin əməkdaşları tərəfindən paytaxtdan 30 kilometr aralıda yerləşən Saqqara rayonunda aparılan qazıntılar zamanı II Ramzesin sərdabəsı aşkar edilib.

Misirin Qədim Abidələr Ali Şurasının baş katibi Mustafa Vəziri jurnalistlərə bildirib ki, II Ramzesin sərdabəsının olduğu ərazidə Qədim Misirin XIX və XVIII sülalələrinin əyanlarına məxsus sarkofaqlar da tapılıb. Onun sözlərinə görə, bu sarkofaqlardakı mumiyalar fironların xəzinə rəisləri, II Ramzesin Tebesdəki məbədində dini ayinlərini icra edən kahinlərə və mal-qaraya cavabdeh olan şəxslərə aiddir. Sərdabənın divarlarında da mal-qara otaran insanların təsviri var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.