Terrorçulara qarşı yeni, böyük əməliyyat başlanır - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin Silahlı Qüvvələri Suriyanın şimalında, Ayn əl Ərəb (Kobani) şəhərindən cənubda terrorçulara qarşı yeni, böyük antiterror əməliyyatına hazırlaşır.
Əməliyyata 35 min hərbçi cəlb olunub.
Əməliyyat Fərat çayının sağ və sol sahillərindəki əraziləri əhatə edəcək.
Türkiyənin Silahlı Qüvvələrinin gərəkdiyi təqdirdə İraq və Suriya ərazilərinə yeridilə bilməsi ilə bağlı qanun layihəsi bu günlərdə Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul olunub.

Sənədin qəbulundan sonra Türkiyənin Suriya ilə sərhədində aktivləşmə başlanıb. Belə ki, türk ordusu Suriyadakı terrorçulara qarşı son ayların ən böyük əməliyyatına hazırlaşır. Zirehli texnika və canlı qüvvə konvoyları İdlib bölgəsi ilə Tel Əbyad şəhəri istiqamətlərinə hərəkət edir.
Artıq 200-dən artıq zirehli texnika Türkiyə-Suriya sərhədini keçərək İdlibə çatıb. Cəbhə xəttində mühafizəli tunellər inşa etməyə imkan verən hazır beton bloklar da artıq İdlibə daşınıb.
Türkiyə Silahlı Qüvvələrinin böyük mexanikləşdirilmiş karvanlarının M4 trası ilə Cəbəl Zəviyyə rayonuna hərəkət etməsi, müdafiə istehkamları və tunellərin inşası üçün beton blokların daşınması, Təl-Rivat şəhərində Rusiya bayraqlarının asılması, ən nəhayət Suriya prezidenti Bəşər Əsədə sadiq hərbi birləşmələrin Təl-Rifat, Əyn İssa və Təl Təmər şəhərlərinə yerləşməsi İdlib vilayətindəki kürdlərin silahlı birləşmələri ilə bağlı əvvələr əldə edilmiş razılaşmaların nəticəsiz qaldığını göstərir.
Bəşər Əsəd "Suriyanın şimalında türklərə müqavimət göstərəcəyik" desə də, onun Moskva və Tehranla məsləhətləşmədən qərar qəbul etməsi mümkün deyil.

Türkiyənin isə səbr kasası daşıb. Rusiya ilə imzalanmış Soçi anlaşmasında bəlirlənmiş sərhəd-təmas xəttinin o biri tərəfinə Bəşər Əsədin minlərlə hərbçisi, habelə İranın dəstəklədiyi və idarə etdiyi terrorçu qruplaşmalar cəmləşiblər. Rusiya Hava-Kosmik Qüvvələrinin qırıcı və bombardmançı təyyarələrinin İdlibi bombalamaqla dəstək verdiyi bu terrorçu qruplaşmalar həm İdlibdə dinc sakinlərin ölümünə səbəb olur, həm də Türkiyəyə istiqamətlənəcək yeni köçün triqeri rolunu oynayır.
Türkiyə hərbçilərinin İdlibdə cəmləşdiyi digər məkan Tel Əbyaddır. "Sülh bulağı" əməliyatından sonra Təl Əbyadın cənubundakı Əyn İsa bölgəsi hələ də PKK-YPG terror təşkilatlarının nəzarətindədir. Təl Əbyadın qərbindəki Ayn əl Ərəb rayonunda isə kürd terrorçular cəmləşməyə başlayıblar.
Strateji önəm daşıyan M4 trasının cənubundakı Əyn İsa terrorçulardan təmizlənərsə, Fərat çayının qərb sahilindəki Cerablusa qonşu olan Münbic şəhəri də türk ordusunun operativ nəzarət ərazisində olacaq.
.jpg)
Yeni əməliyyat sonucunda Türkiyə ordusu 910 kilometrlik Türkiyə-Suriya sərhədinin 2/3 hissəsini tam və total nəzarət altınra almıq olacaq. Eyni zamanda, "Fırat qalxanı" və "Sülh bulağı" əməliyyatlarının fəaliyyət bölgələri birləşdiriləcək, Münbic-Ayn əl Ərəb-Əyn İsa istiqaməti terrorçulardan bütünlüklə təmizlənəcək.
Suriyadakı müxalifəti birləşdirən Suriya Milli Ordusu ilə türk hərbçilərin Hələb-Rakka xəttinə enərək cənuba doğru irəliləyib-irəliləməyəcəklərini isə zaman göstərəcək.
İstənilən halda Türkiyə ordusu bölgədəki ABŞ və Rusiya hərbi birləşmələri ilə birbaşa toqquşmadan yayınaraq hədəflərə maksimal dəqiq zərbələr endirməyə çalışacaq.

Rusiya da olayları laqeyd seyr etmir. Rusiya Hava-Kosmik Qüvvələrinin 4 Su-35S qırıcısı artıq Suriyanın şimalındakı Qamışlı şəhərində, Rusiyanın hərbi bazasındadır.
Orxan Hun
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zelenski: Müharibənin qışa qədər başa çatması üçün çalışacağıq
-
İyulda temperatur iqlim normasından yüksək olub
-
Nazirlikdən Bakı Qızlar Universiteti ilə bağlı qərar - Tələbələrin aqibəti bəlli oldu
-
Makronun iflic etdiyi Fransanın Azərbaycansız kölələri: onlar susmurlar, çünki…
-
Nəriman Axundzadə ABŞ-dan gedir - Yeni klubu bəlli oldu
-
Bakıda daha iki marşrut üzrə avtobuslar yenilənir
-
Sümükləri möhkəmləndirən qidalar
-
Bakıda yük avtomobili yandı
-
Əli Əsədov yeni qərar imzaladı
-
Rusiyada zəlzələ oldu
-
“Qarabağ”ın potensial rəqibi bəlli oldu - (Yenilənib)
-
Magistraturaya qəbul olanlar üçün qeydiyyat başladı - Yalnız bu portal üzərindən
-
XİN: Ermənistanın mina terroru nəticəsində 433 azərbaycanlı qurban olub
-
SEPAH Hörmüz boğazında ABŞ-a məxsus olduğu ehtimal edilən PUA-nı vurdu
-
Məişət zorakılığı ilə bağlı müraciətlərin sayı açıqlanıb
-
Çimərlikdə qıcolma olarsa, ilk nə etməlisiniz? - Həkimdən açıqlama
-
Əvvəl arvadını, sonra özünü bıçaqladı: Kişi öldü, qadın sağ qaldı
-
Bu il qeyri-çimərlik ərazilərdə 40 nəfər boğularaq ölüb
-
"Uşaqları çölə buraxa bilmirik" - Zavodun tüstüsü ilə bağlı şikayət
-
Prokuror olmaq istəyənlərin nəzərinə
-
Ödəniş üsullarında yeni mərhələ: Limitlər nələri dəyişəcək?
-
Dənizdə batanlar jurnalist Rəhilə Həmidovanın bacı-qardaşları imiş
-
İyulda 8 mindən çox hektar ərazi minalardan təmizləndi
-
İki gün əvvəl dənizdə batan gəncin meyiti tapıldı





