Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" daha bir struktur islahatı həyata keçirib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, ölkədə yeni Ali Məhkəmə formalaşdırılıb.
Müvafiq xəbər hərəkatın nümayəndəsi Əlhənəfi Vardakın sosial şəbəkə səhifəsindən yayılıb.
Bildirilib ki, yeni Ali Məhkəməyə şeyx mövləvi Əbdül Hakim Həqqani rəhbərlik edəcək.
Milli.Az