Dünya

Nasist cəza düşərgəsinin daha bir sabiq keşikçisi müttəhimlər kürsüsündə əyləşib

8 Oktyabr 2021 23:25
0 Şərh     Baxış: 831
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyada İkinci Dünya müharibəsi dövründə Holokostun və digər ağır cinayətlərin iştirakçısı olması ehtimal edilən daha bir şəxs müttəhimlər kürsüsündə əyləşib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu şəxs Zaksenhauzen cəza düşərgəsinin sabiq keşikçisi olub.

Burada "müttəhimlər kürsüsündə əyləşmək" sözləri əslində məcazi mənada işlənir, çünki 100 yaşlı müttəhimi məhkəmə binasına əlil arabasında gətiriblər. Tibbi ekspertizanın rəyinə görə o, gündə 2,5 saatdan çox olmamaqla prosesdə iştirak edə bilər.

Prokuror əmindir ki, soyadı bildirilməyən Yozef adlı bu qoca sovet hərbi əsirlərini şəxsən güllələyir və insanları qovub qaz kameralarına salırdı. O vaxt onun 21 yaşı vardı. İndi qoca 3518 məhbusun öldürülməsində iştirak etməkdə təqsirləndirilir.

Zaksenhauzen cəza düşərgəsinin mövcud olduğu müddətdə 200 min insan bu düşərgəyə düşüb, onların çoxu salamat qalmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.