Dünya

İki yaşlı qız koronavirusun qurbanı oldu

4 Oktyabr 2021 14:29
0 Şərh     Baxış: 1 233
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Batman vilayətində ana və azyaşlı qızı koronavirusa yoluxub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Fatma Acar xəstəliyə qalib gəlib. Onun iki yaşlı qızı Betül Ayla 18 gün əvvəl xəstəxanaya yerləşdirilib. Bütün müdaxilələrə baxmayaraq, 10 gün əvvəl vəziyyəti ağırlaşan və süni tənəffüs aparatına qoşulan körpənin həyatını xilas etmək mümkün olmayıb.

Batman Təhsil və Araşdırma Xəstəxanasında COVID-19 diaqnozu qoyulan daha iki körpənin müalicəsinin davam etdiyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.