Çexiyanın Pribram şəhərinin Trxove-Duşniki kəndində ev qazlarında H5N1 quş qripi virusunun yüksək ağırlaşdırıcı ştammı aşkar edilib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Xəstəlik beş ev qazında aşkarlanıb.
Qeyd edək ki, bu, Çexiyada cari ildə 39-cu yoluxma hadisəsidir. Xəstəliklə əlaqədar olaraq, son səkkiz ay ərzində respublikada 250 minə yaxın quş məhv edilib.
Milli.Az