Dünya

Dünyanın gözü burada olacaq - Giriş qapısı TAPILDI - VİDEO

27 Sentyabr 2021 12:04
0 Şərh     Baxış: 2 397
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Aydın vilayətinin Germəncik rayonunda yerləşən qədim şəhər Maqneziyada uzun müddətdir davam edən qazıntılarda, Berlin Perqamon Muzeyində surəti saxlanılan Maqneziya Zevs Məbədinin giriş qapısı tapılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu barədə "Anadolu" agentliyi xəbər verir.

Osmanlı dövründə alman, hazırda isə Görkəm Kökdemir rəhbərliyində türkiyəli arxeoloqlar tərəfindən antik şəhərdə aparılan qazıntılarda bu günə qədər Artemis müqəddəs ərazi, stadion və teatr açkara çıxarılıb. Qazıntılarda 80 heykəllə yanaşı müxtəlif əşyalar tapılıb.

Dövrün ən əhəmiyyətli dini festivalı olan Artemis Festivalının bu şəhərdə keçirildiyini söyləyən Kökdemir bildirib:

Dini baxımdan bura çox önəmli bir şəhərdir. "Tanrılar şəhəri" deyə bilərik. İndiyə qədər aparılan qazıntılar da bunu sübut edir. Çünki burada bir çox tanrı üçün müqəddəs məkanlar inşa edilib.

G.Kökdemir qeyd edib ki, bu ilki qazıntı sahələri "dini aqora" olaraq adlandırılan 26 min kvadrat metrlik ərazini əhatə edir: "Bu ərazidə yerləşən Zevs məbədinin qapısını tapmışıq.

Məbədin Maqneziyadakı Artemis məbədi qədər möhtəşəm memarlıq nümunəsi olacağını düşünürük. Çünki söhbət yer üzünün allahı hesab olunan Zevsin şərəfinə tikilmiş məbəddən gedir. Osmanlı dövründə bu ərazidə almanlar qazıntı aparıblar. Bu məbəddən Alnmaniyaya müxtəlif tapıntılar aparılıb. Bunu nəticəsi olaraq Berlin Perqamon muzeyində məbəddən tapılan hissələr əsasında Zevs məbədinin eynisi olan replikası sərgilənməkdədir. Biz isə məbədin orjinalını üzə çıxarmaqdayıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.