Nigeriya ordusunun 30 əsgəri "Boko Haram" terror təşkilatının silahlıları tərəfindən pusquya düşüblər.
Milli.Az "Report"a istinadən bildirir ki, ordu karvanına ölkənin şimal-şərqində yerləşən Borno əyalətindən hücum edilib. Silahlılar pusqudan hərbi yük maşınlarına qumbaraatanlardan atəş açıblar.
Nəşrin əldə etdiyi ilkin məlumata görə, 16 hərbçi öldürülüb, lakin sonradan bu rəqəm 30-a yüksəlib.
Ordunun əsgərləri arasında itkin düşənlər də var.
Qeyd edək ki, Nigeriyada "Boko Haram" terrorçu qruplaşmasının 2009-cu ildən indiyədək törətdiyi terror hücumları nəticəsində 20 mindən çox insan ölüb.
Milli.Az