Dünya

Niderlandda iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edildi

25 Sentyabr 2021 19:24
0 Şərh     Baxış: 727

Niderlandın İqtisadiyyat və İqlim Siyasəti Nazirliyinin baş katibi vəzifəsini icra edən Mona Keyzer "COVID" sertifikatı haqqında dedikləri üçün vəzifəsindən azad edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin NTK dövlət telekanalı məlumat yayıb.

Məlumata əsasən, qərarı Baş nazir vəzifəsini icra edən Mark Rütte verib .

Daha əvvəl "De Telegraaf" qəzetinə verdiyi müsahibədə xanım Keyzer insanlara "COVID" sertifikatlarının bəzi yerlərdə niyə lazım olduğunu, digər yerlərdə lazım olmadığını izah etməyin getdikcə çətinləşdiyini deyib. Sabiq katib qaydalara şübhə ilə yanaşıb və prosesi fərqli bir şəkildə təşkil edilməsi barədə fikir bildirib.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.