Dünya

Fransalı siyasətçilər ölkəni NATO-dan çıxmağa çağırırlar

22 Sentyabr 2021 22:15
0 Şərh     Baxış: 971
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliya Fransa ilə sualtı qayıqların alınmasına dair müqavilədən imtina etdikdən sonra fransız siyasətçilər ölkənin NATO-dan çıxması məsələsini qaldırıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Milli Birlik Partiyası ölkənin NATO-dan tamamilə çıxmasını, Respublikaçılar Partiyası təşkilatın fövqəladə Zirvə görüşünün çağırılmasını və Fransanın təşkilatın komandanlığından ayrılmasını tələb edib.

"Yenilməz Fransa" və Fransa Kommunist partiyaları da eyni fikri təkrarlayıb. Fransanın üzləşdiyi diplomatik böhranla əlaqədar fransız siyasi partiyalarından 2022-ci il prezident seçkilərinə namizədlər ölkənin NATO-dan çıxmasının vacibliyini bildiriblər. Bəzi siyasətçilər Fransanın NATO-nu tərk etməli və ABŞ asılılığından qurtulmalı olduğunu vurğulayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.