Dünya

Dmanisidə yenidən zəlzələ olub

19 Sentyabr 2021 20:33
0 Şərh     Baxış: 707
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Dmanisi rayonunun Sameba kəndi yaxınlığında yenidən zəlzələ olub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 18.34 radələrində baş verən 3 maqnitudalı zəlzələni ocağı Dmanisi şəhərindən 25 km uzaqlıqda, 10 km dərinlikdə yerləşib.
Qeyd edək ki, son dövrlər bu bölgədə onlarla zəlzələ qeydə alınıb. Bu zəlzələlər dağıntılara yol açmayıb. İndiyə qədər bölgədə baş verən ən güclü - 5,1 maqnitudalı zəlzələ avqustun 16-da qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.