Dünya

Koronavirusa qarşı “fövqəlinsan” immunitet müəyyən edilib

9 Sentyabr 2021 09:42
0 Şərh     Baxış: 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus keçirmiş və peyvənd kursunu tamamlayan insanların bəziləri COVID-19 ilə mübarizə aparmaq üçün "fövqəlinsanlıq" qabiliyyətinə malikdirlər. Amerikalı virusoloqlar belə bir nəticəyə gəliblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, elm adamlarına görə, bu vəziyyətdə immunitet sistemi bəzən virusu xatırlayır və hətta gələcəkdə necə mutasiya edəcəyini də təxmin edə bilir.

İmmunoloqların fikrincə adətən təbii immunitet yeddi-səkkiz aya qədər orqanizmi müdafiə edir, bir ildən sonra insan hələ də antitellərə sahib olur, lakin fərqli ştamlara qarşı daha həssas olur. Ancaq təbii immuniteti olan biri peyvənd də olunarsa, bədəni öz müdafiəsi üçün əlavə resurslar ayırmağa başlayır.

"Bu insanların, yaxın gələcəkdə görə biləcəyimiz SARS-CoV-2-nin əksəriyyətindən və bəlkə də bütün variantlarından kifayət qədər yaxşı qorunacağını güman edə bilərik", - deyə Rokfeller Universitetinin virusoloqu  Pol Benias bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.