Dünya

Gürcüstanda karantin cərimələri silindi

7 Sentyabr 2021 23:59
1 Şərh     Baxış: 1 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan parlamenti koronavirusla bağlı karantin qaydalarını pozmuş vətəndaşların cərimələrinin ləğvi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, söhbət izolyasiya, karantin qaydalarının və maska rejiminin pozulmasına görə yığılmış 76 milyon lari (təxminən 25 milyon dollar) cərimə məbləğindən gedir. Əfv 245 mindən çox vətəndaşı və 344 hüquqi şəxsi həm inzibati, həm də cinayət məsuliyyətindən azad ediləcək.

Qeyd edək ki, cərimələrin ləğvi təşəbbüsünü ölkənin Baş naziri İrakli Qaribaşvili irəli sürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.