Dünya

Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu

7 Sentyabr 2021 20:42
0 Şərh     Baxış: 738
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın sabiq müdafiə naziri, "Formula" televiziya kanalının təsisçisi David Kezeraşvili beş il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az report-a istinadla xəbər verir ki, bu barədə qərarı ölkənin Ali Məhkəməsi qəbul edib.

Sabiq nazir Müdafiə Nazirliyi ilə bağlı bir layihə çərçivəsində 5 milyon 60 min avro məbləğində vəsaiti mənimsəməkdə ittiham olunub. 2017-ci ildə Apellyasiya Məhkəməsi D.Kezeraşviliyə bəraət verib. Məhkəmə prosesi bir neçə gün öncə bərpa edilib.

Qeyd edək ki, D.Kezeraşvili 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri vəzifəsini tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.