Dünya

“Taliban” Pəncşir sakinlərinin təhlükəsizliyinə zəmanət verdi

5 Sentyabr 2021 22:14
0 Şərh     Baxış: 978
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Taliban" hərəkatı Əfqanıstanın Pəncşir əyalətinin inzibati mərkəzi olan Bazarak şəhəri ətrafında müqavimət qüvvələrinə qarşı hücumu davam etdirir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Bilal Kərimi "Twitter" səhifəsində məlumat yayıb.

Kəriminin sözlərinə görə, hazırda Pəncşir əyalətinin yalnız inzibati mərkəzi olan Bazarak şəhəri qalıb, ətraf bölgələr ələ keçirilib, son döyüşlər gedir.

"Müqavimət qüvvələri çoxsaylı itkilər verib, "Taliban" çoxlu sayda əsiri, texnikanı, silah və sursatı ələ keçirib", deyə nümayəndə bildirib.

Qeyd edək ki, yerli telekanalın məlumatına görə, "Taliban" Pəncşir sakinlərinə onların bağışlanacağını vəd edib: "İnsanların təhlükəsizliyinə zəmanət veririk".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.