Dünya

"Vaksinasiya yüksək olarsa, təhsil əyani davam edəcək" - Türkiyənin səhiyyə naziri

2 Sentyabr 2021 22:49
0 Şərh     Baxış: 760
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Türkiyədə yeni tədris ilini şagirdlərimiz əyani təhsillə başlayacaq".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca yeni növ koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində yaradılan Elmi Şuranın təhsil naziri və Ali Təhsil Şurasının sədri ilə birlikdə keçirilən iclasından sonrakı açıqlamasında bildirib.

Nazir deyib ki, şagirdlərin əyani təhsildən geri qalmaması üçün ən başlıca məsələ valideynlərin vaksinasiya olunmasıdır: "Türkiyədə koronavirusa aktiv yoluxmanın 81 faizi, xəstəxanada müalicə olunanların 90 faizi, vəfat edənlərin 90 faizi koronavirusa qarşı peyvənd olunmayanlardır".

F.Kocanın sözlərinə görə, məktəblərdə qələbəlik olunmaması üçün Elmi Şuranın bu istiqamətdəki təklifləri Təhsil Nazirliyi və Ali Təhsil Şurası ilə müzakirə edilib, müvafiq tədbirlər görülüb.

Nazir deyib ki, Elmi Şura yeni dövrdə məktəblərin bağlanmasını gündəmə gətirmək istəmir, çünki peyvəndlənmənin yüksək olması məktəblərin bağlanmasına səbəb olmayacaq: "Bu halda təhsil əyani davam edəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.