Dünya

“ABŞ Əfqanıstandakı diplomatik missiyasını bağlayacaq”

30 Avqust 2021 17:06
0 Şərh     Baxış: 598
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"ABŞ çox güman ki, Əfqanıstandakı diplomatik missiyasını bağlayacaq".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken deyib.

Blinken bildirib ki, ölkə hərbçilərinin Əfqanıstanı tərk etməsindən sonra ABŞ bu ölkədəki səfirliyini də saxlamayacaq. 

"ABŞ Əfqanıstanı tərk etməyə can atan və bunu sentyabrın 1-nə kimi edə bilməyən vətəndaşlara gələcəkdə də köməklik göstərmək niyyətindədir. Əfqanıstandan çıxmaq istəyən şəxslərin ölkəni tərk etməsini yüngülləşdirə bilən vasitələrimiz, mexanizmlərimiz var", - deyə Blinken vurğulayıb. 

Bununla yanaşı, ABŞ Dövlət katibi "Taliban"ın öz vədlərinə əməl edəcəyinə və Əfqanıstan sərhədlərini avqustun 31-dən sonra açıq saxlayacağına ümid etdiyini də söyləyib. 

Blinkenin sözlərinə görə, hazırda ABŞ "Taliban" nümayəndələrinin sözlərinə inanmır və onları hərəkətlərinə görə qiymətləndirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.