Dünya

Rusiyada azərbaycanlı prodüser barəsində iş başlanıldı

30 Avqust 2021 10:24
0 Şərh     Baxış: 847
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyaca məşhur "Rammstein" qrupunun Rusiyanın Tver vilayətindəki konserti polis tərəfindən dağıdılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, özəl şirkətlərin biri tərəfindən təşkil olunan tədbirdən əvvəl hüquq-mühafizə orqanları solist Till Lindemannın otağına daxil olub.  

O, Rusiyada tətbiq olunan sərt karantin qaydalarını pozmaqda ittiham edilir. 

Lindemanna bildirilib ki, 500 nəfərdən artıq vətəndaş bir araya toplanarsa, inzibati məsuliyyətə cəlb olunacaq. Bununla da, konsert proqramı ləğv olunub.

REN TV-nin məlumatına görə, alman sənətçinin Rusiyadakı azərbaycanlı prodüseri Anar Reyband barəsində inzibati protokol tərtib edilib.

Reyband ilə əlaqədar olaraq Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 18.8 -ci maddəsinin 2 -ci hissəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib (Xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs tərəfindən Rusiyaya daxil olma qaydaları və ya Rusiyada qalmaq (yaşayış yeri)).

Materiallar Konakovo Şəhər Məhkəməsinə göndərilib.

Eyni zamanda, Tim Rusiya sərhədini keçərkən əslində konsert fəaliyyəti təşkil etsə də, səfərin məqsədinin turizm olduğunu bildirib. Onun barəsində də inzibati iş üzrə icraat başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.