Dünya

Ateistlər üçün şok hesabat: dindarların sayı artacaq - FOTO

25 Avqust 2021 15:14
0 Şərh     Baxış: 1 685
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2060-cı ildə dünyada müsəlmanlarla xristianların sayı bərabər olacaq, ateistlərlə "tərəddüd edən"lərin sayı azalacaq.

Milli.Az bildirir ki, məşhur "Pew Research Center" araşdırma şirkətinin son hesabatında belə deyilir.

Dünyadakı dini qruplar arasında ən böyük doğuş əmsalı müsəlmanlardadır. Müsəlmanlar arasında hər qadına 2,9 uşaq düşür ki, bu da planet sakinlərinin stabil sayının qorunması üçün gərəkli minimum olan 2,1-dən çoxdur.

Proqnozlara görə, 2060-cı ildə induistlərlə yəhudilərin sayı 2015-ci ildəki qədər olacaq. Buddistlərin sayı isə azalacaq.

Ateistlərin, aqnostiklərin, hər hansı dinlə bağlı olmayan insanların sayı isə azalmağa davam edir. Əgər 2015-ci ildə onların sayı 16 faiz idisə, 2060-cı ildə bu rəqəm ümumi sayın 13 faizini təşkil edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.