Dünya

Gürcüstanda daha bir səhra hospitalı açıla bilər

25 Avqust 2021 21:45
0 Şərh     Baxış: 638
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda daha bir səhra hospitalının açılması nəzərdə tutulub. Hazırda paytaxt Tbilisidə iki, Kaxeti regionunda isə bir səhra hospitalı fəaliyyət göstərir. Paytaxtın Kavtaradze küçəsində açılan səhra hospitalına 59 xəstə yerləşdirilib. Burada 200-ə yaxın xəstənin müalicəsi mümkündür. Lakin, vəziyyət belə davam edərsə paytaxt Tbilisidə daha bir hospital açılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Yekaterine Tikaradze məlumat verib.

Onun sözlərinə görə, hazırda paytaxtla yanaşı Kaxeti regionunda da səhra hospitalı fəaliyyət göstərir.

"Ölkədə koronavirusla əlaqədar vəziyyət tam nəzarət altındadır. Hökumət pandemiyanın qarşısının alınması üçün bütün mümkün vasitələrdən istifadə edir", - deyə Tikaradze vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.