Dünya

Əlcəzair qonşu Mərakeşlə diplomatik münasibətləri kəsib

25 Avqust 2021 21:09
0 Şərh     Baxış: 676
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əlcəzair Mərakeşlə diplomatik münasibətləri kəsib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Əlcəzairin xarici işlər naziri Ramdan Lamamra keçirdiyi mətbuat konfransında bu addımı qonşu dövlətin "düşməncəsinə etdiyi hərəkətlərlə" izah edib.

Bir neçə gün əvvəl Əlcəzair Xarici İşlər Nazirliyi Mərakeşlə diplomatik münasibətləri nəzərdən keçirəcəyini bəyan etmişdi. İki ölkə arasında gərginlik qərb sərhədlərində təxribatların artması ilə əlaqədardır. Əlcəzairlə Rabat Qərbi Səhrada mübahisəli əraziyə iddia edirlər. Polisario Cəbhəsi adlanan və Əlcəzairin dəstəklədiyi siyasi təşkilat 1970-ci ilədək İspaniyanın müstəmləkəsi olmuş və sonradan Mərakeş tərəfindən işğal edilmiş torpaqların müstəqilliyi uğrunda mübarizə aparır. Bu münaqişə səbəbindən 1990-cı ildə Əlcəzair və Mərakeş arasında quru sərhədləri bağlanıb və iki dövlət arasında münaqişə getdikcə dərinləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.