Dünya

Cəlalabadda DƏHŞƏT YAŞANIR: Əhali ayağa qalxdı, ÇOX SAYDA ÖLÜ və YARALI VAR

18 Avqust 2021 18:18
7 Şərh     Baxış: 60 952
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfqanıstanda "Taliban"a qarşı etiraz aksiyasında radikal qruplaşma üzvlərinin atəş açması nəticəsində ən azı 2 nəfər ölüb, 10-dan çox adam yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə ölkənin Cəlalabad vilayətində baş verib.

Şahidlərin dediyinə görə, sakinlər Kabildən 150 km şərqdə yerləşən Cəlalabad şəhərindəki meydanda etiraz aksiyası keçirərək, Əfqanıstanın milli bayrağını asmağa çalışıblar.

Etirazçılar Əfqanıstanın dövlət bayrağının saxlanmasını, "Taliban"ın ağ rəngli bayrağı ilə əvəzlənməməsini tələb ediblər.

Sakinləri bildiriblər ki, "Taliban" üzvləri aksiyanı işıqlandırmaq istəyən iki yerli jurnalisti də döyüb.

"Reuters" isə şahidlərə istinadən etiraz aksiyasında açılan atəş nəticəsində 3 nəfərin həlak olduğu barədə məlumat yayıb.

Qeyd edək ki, analoji aksiyalar Əfqanıstanın digər şəhərlərində də keçirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.