Dünya

Nyu-Yorkun vaksinasiya barədə mandatı qüvvəyə minib

18 Avqust 2021 20:15
0 Şərh     Baxış: 592
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nyu-York şəhərinin yeni peyvənd haqqında mandatı çərşənbə axşamı qüvvəyə minib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mandata əsasən, bundan sonra restoran, idman və əyləncə mərkəzləri və digər müəssisələri ziyarət edən 12 yaşdan yuxarı bütün şəxslərdən COVID-19 əleyhinə vaksinasiya barədə sənəd tələb olunacaq.

Şəhər administrasiyasının internet saytında bildirilir ki, insanlar Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin peyvənd kartını, Nyu-York ştatının "Excelsior Pass" kartını və ya "NYC COVID Safe" smartfon mobil tətbiqini sübut olaraq istifadə edə bilərlər.

Şəhər rəsmiləri bildirib ki, çərşənbə axşamından qayda qüvvəyə minsə də, sentyabr ayının 13-dək qətiyyən tətbiq olunmayacaq. Bundan sonra qaydalara riayət etməyən müəssisələr cərimələnəcək.

Çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Nyu-York Bələdiyyə başçısı Bill de Blazio restoran və əyləncə yerlərinin əksəriyyətinin yeni qaydaları dəstəklədiyini və ziyarətçilərinin və işçilərinin təhlükəsizlikdə olmasını istədiklərini qeyd edib.

İstisnalar da var. Restoran sahiblərindən biri yeni qaydaları peyvənd olunmayanlara qarşı ayrı-seçkilik xarakterli hesab etdiyi üçün onlara riayət etməyəcəyini bildirib. Bazar ertəsi respublikaçı liderlərindən ibarət bir qrup mandata etiraz olaraq mitinq keçirib. Lakin ABŞ-da bu fikir getdikcə güclənir. Nyu-York mandatını elan etdiyindən sonra Nyu-Orlean və San-Fransisko oxşar planları açıqlayıb, Los-Anceles isə oxşar tədbirləri nəzərdən keçirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.