Dünya

Pakistan “Taliban” hakimiyyətini tanıya bilər

18 Avqust 2021 15:06
0 Şərh     Baxış: 1 180
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Pakistan Əfqanıstanda "Taliban" hərəkatının hakimiyyətini tanıya bilər".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Pakistanın informasiya və radio yayımı naziri Çaudri Favad Hüseyn deyib. Onun sözlərinə görə, Pakistan region ölkələri və dünya gücləri ilə məsləhətləşmələrdən sonra Əfqanıstanda "Taliban" hərəkatının hakimiyyətini tanıya bilər. 

"Müxtəlif ölkələrlə bu cür danışıqlar aparırıq və region dövlətləri və dünya gücləri ilə hərtərəfli danışıqlardan sonra talibançıların hakimiyyətinin qurulmasına yanaşma ilə bağlı qərar qəbul edəcəyik", - deyə pakistanlı nazir qeyd edib. 

O həmçinin əlavə edib ki, Pakistanın Əfqanıstanla bağlı mövqeyi əvvəl də aydın idi və bu mövqe indi də elə qalacaq: "Biz "Taliban" hərəkatının qanununun aliliyinə və əsas insan hüquqlarına hörmət edəcəyini gözləyirik. Hazırda Əfqanıstanda sabitliyin təmin edilməsi məsuliyyəti tam olaraq "Taliban"ın üzərinə düşür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.