Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 914 yoluxma halı qeydə alınıb, 49 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 496 376, ölənlərin sayı isə 6 432 nəfərə çatıb. Virusa yoluxanlardan 432 506 nəfərin (87%) sağaldığı bildirilir
Milli.Az