Dünya

Gürcüstanın olimpiya çempionu üç nəfərin qətlində şübhəli bilinərək saxlanılıb

17 Avqust 2021 13:18
0 Şərh     Baxış: 1 200
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gürcüstanın olimpiya çempionu Zurab Zviaduri üç nəfərin qətlində şübhəli bilinərək saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

Faktla bağlı daha bir nəfərin də saxlanıldığı bildirilir.

Silahlı insident ötən gün Kaxetinin Tsinidali kəndində baş verib. Faktla bağlı araşdırmaların davam etdiyi bildirilir.

Qeyd edək ki, cüdoçu Z. Zviaduri 2004-cü ildə Afinada keçirilən yay olimpiya oyunlarının qızıl medalçısıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.